ABNA: İran İslam Respublikasının Tibb Elmləri Universitetinin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti bildirib: Bu universitet, Şanxay dünya reytinqinin ən son mövzu sıralamasında böyük bir irəliləyiş edərək, ölkənin ən yaxşı tibb universiteti adını qazanıb.
Mehdi Müqtədayi bildirib: Şanxay dünya reytinqi, universitetləri illik olaraq ümumi və mövzu üzrə qiymətləndirən, dünyanın ən etibarlı reytinqlərindən biridir.
O əlavə edib: Şükürlər olsun ki, İran Tibb Elmləri Universiteti, 2026-cı ildə yayımlanan ən son mövzu sıralamasında 100 pillə irəliləyərək, 201-300 dünya reytinqinə daxil olub və ölkənin tibb universitetləri arasında birinci yeri tutub.
Müqtədayi qeyd edib: Bu mövzu reytinqində İranın səkkiz tibb universiteti yer alıb və İran Tibb Elmləri Universiteti bu reytinqdə birinci yerə çıxıb.
Sizin rəyiniz