Ötən gün Moskvada İsrailin səfirliyi qarşısında Azadlıq Karvanına hücuma etiraz olaraq aksiya keçirilib. Aksiyaya müxtəlif millətlərin, təşkilatların, o cümlədən Azərbaycan diasporunun nümayəndələri qatılıb. Nümayişçilər Qəzzə Zolağı ətradında blokadanın götürülməsini tələb edən şüarlar səsləndirib. Polis qəzəbli kütlənin səfirliyə yaxınlaşmasına mane olub. Nəhayət OMON işə qarışıb və 20 aksiyaçı saxlanılıb.