3 fevral 2026 - 01:00
Source: İRNA
İİR Silahlı Qüvvələrin Baş Qərargahı kəşfiyyat nəzarətinin genişləndirilməsinə əminliyini ifadə edib

İİR Silahlı Qüvvələrin Baş Qərargahı kəşfiyyat nəzarətinin genişləndirilməsinə əminliyini ifadə edib

ABNA: İran İslam Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi Seyid Əbdürrəhim Musəvi Kəşfiyyat naziri Höccətül-İslam vəl-Müslimin Seyyid İsmayıl Xətibə ünvanladığı mesajda bildirib: Xarici kəşfiyyat və təhlükəsizlik xidmətlərinin gizli və açıq fəaliyyətləri üzərində kəşfiyyat nəzarətinin (informasiya üstünlüyünün) genişləndirilməsi, həmçinin terrorçu qruplaşmaların və onların muzdlu şəbəkələrinin zərərsizləşdirilməsi bundan sonra da prioritet olacaq.

Mesajda “İmam Zamanın (ə.f.) adsız əsgərlərinin” səssiz və yorulmaz fəaliyyətinə görə təşəkkür ifadə olunub, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsində Kəşfiyyat Nazirliyinin strateji roluna diqqət çəkilib. Eyni zamanda, “Güclü İran”ın davamlı inkişafına mane ola biləcək hər cür təhlükə və anti-təhlükəsizlik hallarına qarşı hərtərəfli hazırlığın artırılmasının zəruriliyi vurğulanıb.

Sizin rəyiniz

You are replying to: .
captcha