13 mart 2022 - 04:50
İran və Azərbaycan Tv-ləri əməkdaşlıq edəcəklər

İran və Azərbaycan Respublikası arasında media üzrə əməkdaşlıq memorandumu imzalanıb.

ABNA24 Xəbər Verir , Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında İran İslam Respublikası Teleradio Təşkilatı ilə Azərbaycan Respublikasının Dövlət Televiziyası(Aztv) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma görə tərəflər istehsalat mübadiləsi barədə razılaşıblar. Eyni zamanda sənədli filmlər və seriallar üzrə müştərək layihələrin işlənilməsi, texniki dəstək mövzuları digər əməkdaşlıq sahələrini təşkil edir.

342/