ABNA: Bu səhər, İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü ərəfəsində və İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə.) İrana gəlişinin ildönümündə İslam İnqilabının Ali Lideri Ayətullah Xamenei İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində böyük bir izdihamla görüşdü.
Onun açıqlamalarının ən vacib mövzuları aşağıdakılardır:
Amerikalıların bəzən müharibə, təyyarələr, gəmilər və sair barədə danışması yeni deyil. Keçmişdə amerikalılar dəfələrlə çıxışlarında təhdid ediblər və müharibə variantı da daxil olmaqla bütün variantların masada olduğunu söyləyiblər.
İndi bu cənab (Tramp) da müntəzəm olaraq gəmilər gətirdiyini iddia edir... İran xalqı bu şeylərdən qorxmamalıdır, İran xalqı bu təhdidlərdən təsirlənmir.
Biz təşəbbüskar deyilik və heç bir ölkəyə hücum etmək istəmirik, amma İran xalqı onlara hücum edən və əziyyət edən hər kəsə güclü zərbə endirəcək.
Əlbəttə ki, amerikalılar bilməlidirlər ki, əgər müharibəyə başlasalar, bu dəfə regional müharibə olacaq.
Son fitnə çevriliş kimi idi. Əlbəttə ki, çevriliş yatırıldı. Onların məqsədi ölkə idarəçiliyində həssas və təsirli mərkəzləri məhv etmək idi və bu səbəbdən polisə, hökumət mərkəzlərinə, İİKK mərkəzlərinə, banklara, məscidlərə hücum etdilər və Quranı yandırdılar. Ölkəni idarə edən mərkəzlərə hücum etdilər. Bu, çevriliş kimi idi.
Amerika ilə İran arasındakı qarşıdurma məsələsini iki sözlə xülasə etmək olar: Amerika İranı udmaq istəyir və müdrik İran xalqı və İslam Respublikası buna mane olur.
Amerika və İran arasında olan qarşıdurma 40 ildən artıqdır davam edir və bu məsələnin əsasını iki kəlmə təşkil edir: Amerika İranı "udub" mənimsəmək istəyir, amma İran xalqı və İslam Respublikası buna mane olur.
İranın çoxlu cəlbedici üstünlükləri var: neft, qaz, zəngin mədənlər, strateji və coğrafi mövqe və digər bir çox xüsusiyyətlər. İran təbii olaraq böyük, zəhmli bir ölkə olan Amerika üçün gözəl bir hədəfdir. Əvvəllər olduğu kimi, bu ölkəni yenidən işğal etmək istəyirlər.
Təxminən 30 il ərzində Amerika İranda idi: resurslar onların əlində idi, neft, siyasət, təhlükəsizlik, beynəlxalq əlaqələr və hər şey onlara məxsus idi. İstədiklərini edirdilər. İndi isə 30 il sonra, bu ərazilərdəki təsirlərini itirmişlər və yenidən o vaxtki Pəhləvi dövrünü bərpa etmək istəyirlər. Lakin İran xalqı möhkəm dayanır, bu cür təcavüzkar planlara qarşı səngər almış və buna qarşı mübarizə aparır. Bu əsas məsələdir. Qalan bəhanələr – insan haqları və sair boş sözlərdir. Gerçək məsələ budur: Amerika İranı ələ keçirmək istəyir, lakin İran bu plana qarşı möhkəm dayandığı üçün uğursuz olacaq.
Sizin rəyiniz