ABNA: Bir cinsi alverçinin işinə dair yayımlanan sənədlər ABŞ prezidentinin 2004-cü ildə bu cinayətkarla əlaqələrini kəsdiyi barədəki iddialarının yalan olduğunu ortaya qoyub.
Cinsi alverçi Cefri Epşteynin dosyesindən yayımlanan ən son sənədlərdə, ABŞ prezidenti Donald Trampın adı 3 mindən çox dəfə keçir.
ABŞ Ədliyyə Nazirliyi, Konqres tərəfindən qoyulmuş vaxt məhdudiyyətindən bir ay sonra, şənbə günü bu işə dair növbəti sənəd kolleksiyasını yayımladı.
Şənbə günü yayımlanan 3 milyondan çox səhifə sənədin içində 2 minə yaxın video və 180 minə yaxın şəkil var. Bu kolleksiyanın son sənəd yayımı olduğu gözlənilir.
Hətta Tramp, 2000-ci illərin ortalarında Epşteynlə əlaqələrini kəsdiyini iddia etsə də, yeni sənədlər göstərir ki, bu iki nəfər 2012-ci ildə də əlaqə saxlayıblar.
ABŞ prezidenti Epşteyn dosyesinin yayımlanmasına reaksiya olaraq bildirib ki, bu işlə bağlı minlərlə şəkilin yayımlanması, heç bir cinayətdə əli olmayan nüfuzlu şəxsləri də sıxışdıra bilər.
Sizin rəyiniz