1 fevral 2026 - 10:57
Source: İRNA
SEPAH: Admiral Tənqsirinin terror edilməsi barədə xəbər yalandır

ABNA:  İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib: SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tənqsirinin terror edilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

SEPAH-ın yaydığı bəyanatda vurğulanıb: Təhlükəsizlik və hərbi mövzularda “Terror Alarm” adlı hesabın şayiə yayması əvvəllər də dəfələrlə müşahidə olunub.
Bəyanatda qeyd edilib ki, İsrailə bağlı bu hesab psixoloji müharibədə Mossadın operativ aləti kimi tanınır və daha əvvəl də İsmayıl Qaaninin də terror edildiyini iddia etmişdi.
SEPAH əlavə edib ki, son günlər Donald Trampın bölgəyə hərbi gəmilərin göndərilməsi ilə apardığı psixoloji əməliyyatlar fonunda “Terror Alarm”ın bu cür şayiələri daha aydın məna kəsb edir.

Sizin rəyiniz

You are replying to: .
captcha