1 fevral 2026 - 10:35
Source: İRNA
İsrail 1450 dəfə atəşkəsi pozub

İsrail 1450 dəfə atəşkəsi pozub

ABNA: Qəzza hökumətinin mətbuat xidmətinin ən son hesabatına görə, İsrail son 111 gün ərzində atəşkəs razılaşmasını 1450 dəfə sistematik şəkildə pozub. Nəticədə 524 fələstinli şəhid olub, 1360 nəfər isə yaralanıb.

İsmail Əs-Səbatə bildirib: Atəşkəs razılaşması icra olunsa da, xalqımıza qarşı soyqırımı dayandırılmayıb. İşğalçılar qaçqın çadırlarını bombalayır. Qəzza zolağının səhiyyə sistemi demək olar ki, tamamilə çöküb. İşğalçılar 400-dən çox dərman və tibbi avadanlığın daxil olmasına mane olurlar.

Sizin rəyiniz

You are replying to: .
captcha